İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışı üzrə əməliyyatın aparıldığı zonanın radiusu 2 km-ə endirilib.
Publika.az xəbər verir ki, bu barədə "Press" TV məlumat yayıb.
İran ordusunun yüksək rütbəli generalının sözlərinə görə, hava şəraiti xeyli pisləşib. O, axtarış zonasının getdikcə daraldığını vurğulayıb.
Hazırda İranın bütün təhlükəsizlik qüvvələri prezidentin axtarışı işinə cəlb edilib.
Hüseyn İbadlı