01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Separatçılar Köçəryan və Sarkisyanla birləşdi

21 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Ermənistanda separatçılarla hakimiyyət arasında bir neçə aydır səngidiyi müşahidə edilən qarşıdurma yenidən aktivləşib.

Publika.az
xəbər verir ki, separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan dünən Qarabağda separatizmin başlanmasının ildönümü münasibətilə “Yerablur”u (erməni hərbçilərin məzarlığı) ziyarət etdikdən sonra, onun mühafizəçisi saxlanılıb.

Bununla yanaşı, S.Şahramanyanın özü də korrupsiyaya qarşı mübaribə komitəsinə dəvət olunub. Separatçıların avtomobilləri və özləri ilə gətirdikləri pulların müsadirəsi prosesi başlanıb.

Lakin separatçılar təslim olmaq niyyətində deyil. Proseslər göstərir ki, Qarabağdan Ermənistana qaçan separatçılar revanşistlərdən ibarət müxalifətlə birləşərək, Paşinyana qarşı müqaviməti gücləndirmək istəyir. Dünən İrəvanda keçirilən mitinq də bu planın tərkib hissəsi idi.

Eyni zamanda, separatçı rejimin keçmiş qondarma “parlament üzvləri” gizli görüşlər keçirir, siyasi və ictimai strukturlarla təmasları intensivləşdirir.

“Hraparak” nəşri yazır ki, fevral ayının əvvəlində (qondarma “parlament”) “spiker” Qaqik Baqunts və üç “siyasi qüvvə” – “ədalət”, “demokrat” və “vahid vətən”in nümayəndələri görüşüb. Bu görüşdə Serj Sarkisyanın “Namusum var” fraksiyasının üzvləri tam tərkibdə, Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokundan isə Seyran Ohanyan, İşxan Saqatelyan və digərləri iştirak edib. Görüşdə birgə hərəkət etmək qərarı verilib. Sarkisyan və Koçaryanın nümayəndələri daha sonra Samvel Şahramanyanla da görüşüb.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur