“Liverpul”un və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Denni Merfi hesab edir ki, “Barselona” “İnter Mayami”nin hücumçusu Lionel Messini komandaya baş məşqçi təyin etməlidir.
Publika.az xəbər verir ki, Denni bu barədə sosial şəbəkədə yazıb.
“Mən bu mövqeyi Messiyə verərdim, azarkeşlər dərhal məni dəstəklədilər. Onun toxunduğu hər şey qızıla çevrilir. O, bu dünyaya heyrətamiz işlər görmək üçün göndərilib”.
Yanvarın 27-də “Barselona”nın hazırkı baş məşqçisi Xavi cari mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.