31.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Vaşinqton "Çin rəqsi"nin QƏLƏMİNİ QIRDI

26 yan 2025 06:00
GÜNDƏM
ads
Advertisement

ABŞ Prezidenti Donald Trampın administrasiyası "TikTok"un qlobal əməliyyatlarına nəzarəti "Oracle" və bir qrup ABŞ investoruna ötürmək üçün danışıqlar aparır.

QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Milli İctimai Radiosu (NPR) məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, administrasiya "TikTok"u xilas etmək üçün plan hazırlayır, bunun bir hissəsi olaraq "Oracle" və bir qrup investor tətbiqə beynəlxalq səviyyədə effektiv nəzarəti əldə edəcək.

Ağ Evdə davam edən danışıqların şərtlərinə əsasən, Çin şirkəti "ByteDance" azlıq payını saxlayacaq, "Oracle" isə "TikTok"un alqoritmlərini, məlumatların toplanması və proqram yeniləmələrini idarə edəcək, çünki o, artıq onlayn infrastrukturunu təmin edir.

Bu, sövdələşmənin şərtləri hələ də müzakirə olunsa da, "TikTok"un əksər hissəsinin amerikalı investorlara keçəcəyini göstərir. Əsas məqsəd "Oracle"a "TikTok"un fəaliyyətlərini izləmək imkanı verməkdir. "ByteDance", tamamilə işdən çıxmasa da, yalnız kiçik bir payı saxlaya biləcək.

Daha əvvəl Tramp "TikTok"un ABŞ-a qayıtdığını, lakin şirkətin aktivlərinin 50 faizini Amerikaya verməli olacağını bildirmişdi .

"TikTok" ABŞ-da daha əvvəl qəbul edilən qanuna görə yanvarın 19-da fəaliyyətini dayandırıb. Sənəd Çinin "ByteDance" şirkətini ABŞ-da bloklanmamaq üçün platformanı Amerika sahiblərinə satmağı öhdəsinə götürüb. Həmin gün ölkədə sosial şəbəkə qismən fəaliyyətini bərpa edib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur