Nigeriyada gəminin batması nəticəsində 15 nəfər həlak olub.
Publika.az “AP News”a istinadən xəbər verir ki, ən azı 150 nəfər isə itkin düşüb.
Nəşrin iddiasına görə, Avropaya doğru hərəkət edən gəminin göyərtəsində 300 miqrant olub. Lakin Mavritaniyanın paytaxtı Nuakşota çatmağa az qalmış faciə baş verib. Gəmi aşıb və bütün sərnişinlər suya düşüb.
Bundan sonra Mavritaniyanın sahil mühafizə xidməti dərhal hadisə yerinə cəlb olunub. Onlar 120 nəfəri xilas edə bilib. Ancaq qalanların taleyi hələ də məlum deyil.
Hazırda axtarış işləri davam etdirilir.