Mərkəzi Amerika ölkəsi Hondurasda avtobusların toqquşması nəticəsində 19 nəfər ölüb, 11 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, ölkənin qərbindəki San Juan de Opoa şossesində meydana gələn qəzada iki avtobus toqquşub. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.
Yerli media avtobuslardan birinin qeyri-qanuni mühacirləri daşıdığını bildirib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Roza