29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ötən həftə açılan piyada körpüsünü sel suları

16 okt 2023 09:00
HADİSƏ
ads
Advertisement

Son günlər cənub bölgəsində yağan aramsız intensiv yağışlar, Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünü dağıdıb.

Milli.Az APA-ya istinadən bildirir ki, sakinlərin dediyinə görə, körpü illərdir qəzalı vəziyyətdə olub.

Qeyd edilib ki, son dəfə yağan yağışlar zamanı çayda suyun səviyyəsi artıb və qəzalı körpünü sel suları aparıb. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin ötən həftə salınan yeni körpünün ömrü cəmi iki-üç gün çəkib.

Sakinlərin istifadə edə biləcəyi alternativ yol isə təqribən 6 km məsafədə yerləşir. Bu yoldan da yalnız piyadalar və kiçik həcmli maşınlar istifadə edə bilər. Həmin körpü də qəza vəziyyətdə olduğu üçün fermerlər əkdikləri sitrus meyvələrini bazara çıxarıb sata bilmirlər.

Şiyəkəran kənd inzibati dairəsi üzrə nümayəndəsi Elşad Məcidov APA-ya bildirib ki, ağır tonnajlı maşınlar üçün nə davamlı körpü var, nə də əlverişli yol.

"Hazırda vətəndaşlar öz məhsullarını bazara ancaq alternativ yoldan istifadə etməklə minik maşınları ilə çıxara bilər. Piyada yolu salınana kimi, şagirdlər də alternativ yollardan istifadə edərək məktəbə gedə bilirlər", - o əlavə edib.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur