"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqada təqvim ilini 24 qol və 15 məhsuldar ötürmə ilə başa vurub.
Publika.az xəbərverir ki, “Opta”nın məlumatına görə, Salah 2023-cü ildə 15+15 xal qazanmağı bacaran Avropanın ən yaxşı 5 liqasının yeganə təmsilçisidir.
Salah 20 ildə bu uğura imza atan ilk Premyer Liqa oyunçusu olub. Sonuncu dəfə 2003-cü ildə 25 qol vuran və 19 məhsuldar ötürmə verən Tyerri Anri belə statistika ilə öyünüb.
Bu mövsüm 31 yaşlı Salah Premyer Liqada 16 matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.