"Liverpul"un və Braziliya millisinin qapıçısı Alisson sıradan çıxıb
Publika.az xəbər verir ki, bu barədə Braziliya millisinin baş məşqçisi Dorival Junior məlumat verib.
O bildirib ki, qapıçı ən yaxşı halda martın sonuna kimi yaşıl meydanlara qayıda bilməyəcək. Alissonun Cənubi Amerika təmsilçisinin martın 23-də İngiltərə, martın 26-da isə İspaniya ilə yoldaşlıq oyunlarını buraxacağı dəqiqdir.
Xatırladaq ki, Alisson "Liverpul"un məşqində bud nahiyəsindən zədə almışdı.
Heybət