Son zamanlar sosial mediada canlı yayımlarda izləyiciləri ilə ünsiyyətdə olan türkiyəli müğənni Serdar Ortaç bu dəfə söyüş söyməsi ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, S. Ortaç bu yaxınlarda İnstaqramda səhərə qədər sərxoş halda canlı yayıma çıxıb. O, söyüş söyməyə başlayanda evdə işləyən qadın ona müdaxilə edib.
Müğənni bu yaxınlarda TikTok-da verdiyi açıqlamada keçmiş "Survivor" yarışmaçısı Çağla Taşdelenə aşiq olduğunu deyib.
İkili birlikdə açdıqları canlı yayımda səmimi söhbətləri ilə diqqət çəkib. Lakin Serdar Ortaç çıxan eşq iddialarına cavab verib və deyilənləri təkzib edib.
Roza Şəfiyeva