29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Bandit arvadı" makiyajı "səssiz lüks" trendini sıradan necə çıxardı?

31 yan 2024 08:00
GÜNDƏM
ads
Advertisement

"TikTok"un müxtəlif estetik cərəyanları yaratmaq sürətinə və onların real qlobal tendensiyalara çevrilməsinə artıq alışmışıq və biz olub keçənləri sadəcə maraqla izləyirik. 2023-cü il "səssiz lüks" bayrağı altında keçdi, ətrafdakı hər kəs zəngin görünməyə çalışdı: təmkinli, lakin "bahalı". Bununla belə, "səssiz lüks" də tez ötüşən trendlərin taleyini yaşamağa məhkumdur. Sadəlikdən yorulan qızlar indi maksimum dəbdəbəli görünməyə can atır və bunun üçün əllərindən gələni edirlər.

Publika.az xəbər verir ki, ilin əvvəlində moda arenasını zəbt edən "Mafioz xanımı" trendi makiyajda da öz təsirini göstərir. Dəbdəbəli geyimləri, uzun palto və plaşları, həmçinin iri zərgərlik nümunələrini əlbəttə ki, ancaq parlaq makiyaj tamamlaya bilərdi. Bəs "qanqster xanımı"nın makiyajında nələrə diqqət etmək lazımdır?

"Mafioz xanımı" necə görünməlidir, sualına cavab olaraq, “Kazino”da Şeron Stoun, “Soprano Klanın”da Edie Falko, “Çapıqlı üz”də Mişel Pfayferin yaratdığı obrazları misal çəkmək olar. Bu filmlər ekranlara çıxanda "TikTok"un hazırkı istifadəçilərinin əksəriyyəti hələ doğulmasa da, “quldurun arvadı” obrazının əsasını məhz bu qəhrəmanlar təşkil edib. Trend tez bir zamanda sosial şəbəkələrdən kənara çıxıdı, indi məşhur fəşn bloger və influenserlər, hətta model və sənətçilər də cərəyanın tərəfdarları arasındadır. Məsələn, altı ay əvvəl nazlı “Çiyələk qız” estetikasını təbliğ edən Heyli Biber cəsarətli obrazları ilə göz oxşayır.

"Makiyaj nə qədər çoxdur, bir o qədər yaxşıdır" - bu, "mafiya xanımı" obrazında makiyajın əsas qanunudur. “Makiyajsız” makiyajı və "clean girl" (təmiz qız) estetikasını unudun. Qara göz layneri, göz qələmi, ya bir qədər səliqəsiz dumanlı gözlər və bir neçə qat qara tuş - mükəmməl göz makiyajının düsturudur. Ancaq "qansterin xanımı" bunlarla məhdudlaşmır. Onun üzü yunan heykəlləri kimi simmetrik olmalıdır, odur ki, yanaq sümüklərini, burnu və çənə xəttini bronzerlə vurğulayın. Haylayteri şəffaf tutqun pudra ilə əvəz edin: burada əlavə parıltıya ehtiyac yoxdur. Əhvalınıza uyğun dodaq makiyajını seçin: əgər alqırmızı həmin gün zövqünüzə uyğun gəlmirsə, dodaqlarınızın kənarlarını qəhvəyi qələmlə haşiyəyə alın və dodaq parıldadıcısı çəkin. Obrazın tam olması üçün Pamela Andersonun 90-cı illərdəki dağınıq toppuzunu təkrarlayın, ya da böyük, həcmli buruqlar edin. Və qüsursuz, cəsarətli "mob wife" obrazınız hazırdır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur