Rusiyanın son günlərdəki kütləvi hücumlarından sonra çağırılan Ukrayna-NATO Şurasının iclasında müttəfiqlər Ukraynanın müdafiəsini daha da gücləndirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
QÜTB.AZ xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“Biz Ukraynanı Rusiyanın işğalından müdafiə etmək üçün onları lazım olan avadanlıq və sursatla təmin etməyə davam etməliyik. Bu, Ukraynanın döyüşməyə davam etməsini təmin etmək üçün çox vacibdir”, - o deyib.