İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
QÜTB.AZ xəbər verir ki, qəza nəticəsində üçü azyaşlı olmaqla 21 nəfər itkin düşüb.
Suriya vətəndaşı olan 7 nəfər İtaliya Sahil Mühafizə Xidmətinin patrul gəmiləri tərəfindən xilas edilib. Onlar adadakı miqrant düşərgəsinə aparılıb.
Hazırda itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.