18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

UNEC-də elmi-praktiki konfrans keçirildi - FOTOLAR

11 apr 2025 18:00
GÜNDƏM
ads

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Rusiyanın Tümen Dövlət Universitetinin birgə təşkilatçılığı ilə UNEC-in 95 illik yubileyinə həsr olunmuş “Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Qutb.az xəbər verir ki, konfransda Rusiya, Qazaxıstan, Tacikistan və digər ölkələrin aparıcı universitetlərinin rəhbərləri, millət vəkilləri, eləcə də ölkədə sahibkarlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər.

Tümen Dövlət Universitetinin Beynəlxalq Sahibkarlıq Məktəbinin direktoru professor Eduard Omarovun moderatorluğu ilə keçirilən konfransda sahibkarlıq təhsilinin ölkələrin iqtisadi inkişafına müsbət təsirləri, bu sahənin güclü bir resurs kimi istifadə olunma imkanları müzakirə olunub.

Konfrans çərçivəsində Tümen Dövlət Universitetinin rektoru dosent İvan Romançuk, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hüseynli,  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin Dövlət Gənclər siyasəti və tərbiyə fəaliyyəti departamentinin direktor müavini Aleksandr Vedexin, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Macarıstanın Dunaujvaros Universitetinin Sosial Elmlər İnstitutunun direktoru, İqtisadiyyat və İdarəetmə kafedrasının müdiri professor Andrea Keszi-Szeremlei,  Qazaxıstanın Kunayev Universitetinin prorektoru dosent Elvira Omurçiyeva mövzu ilə bağlı çıxış ediblər. Çıxış edənlər sahibkarlıq peşəsi, sahibkarlıq ekosistemi, sahibkarlıq təhsilinin iqtisadi inkişafa təsiri, sahibkarların rəqabətqabiliyyətli inkişafı barədə fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.

UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova konfransın açılışında  çıxış edərək, UNEC-in Rusiya ali təhsil müəssisələri ilə əlaqələrindən bəhs edib. O, UNEC-in Rusiyanın bir çox aparıcı universitetləri ilə sıx əməkdaşlıq etdiyini və ikili diplom proqramları həyata keçirdiyini vurğulayıb. Həmçinin, UNEC-in Rusiyada filialı olan yeganə Azərbaycan universiteti olduğunu xüsusi qeyd edib.

Konfrans öz işini “Sahibkar peşəsi, onun legitimləşdirilməsi və inkişaf perspektivləri”, “Ali təhsil sistemində sahibkarlıq ekosistemi” və “Sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm” mövzularında panel müzakirələrlə davam etdirib.

UNEC-də elmi-praktiki konfrans keçirildi - FOTOLAR

  • UNEC-də elmi-praktiki konfrans keçirildi - FOTOLAR
Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur