Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb, dəyəri baxımından 26 milyon 60 min dollar və ya 4% artıb. Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar, ötən ilin eyni dövründə isə 15 min 573 dollar olub. İdxal qiyməti son bir il ərzində 5 min manatadək artıb.
Publika.az xəbər verir ki, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtomobillərin idxal dəyərinin artmasının səbəbi ili köhnə nəqliyyat vasitələrinin ölkəyə gəlişinin məhdudlaşdırılmasıdır.
Ekspert həmçinin vurğulayıb ki, idxal edilən avtomobillərin 9 minə yaxını hibriddir.
Ətraflı "Xəzər Xəbər"in süjetində: