Dekabrın 14-də İspaniya çempionatının 17-ci turunda “Rayo Valyekano” “Real”ı qəbul edib. Görüş 3:3 hesablı heç-heçə başa çatıb.
QÜTB.AZ xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Arda Gülər bu oyunda 2 məhsuldar ötürmə edib.
Beləliklə, Gülər cari əsrdə bir La Liqa matçında iki məhsuldar ötürmə edən ən gənc “Real” futbolçusu olub.
Qarşılaşma vaxtı yarımmüdafiəçi 19 yaş 293 günlük olub.