Dünya şöhrətli aktyor Conni Depp rejissor Terri Gilliamın “Günlərin Sonunda Karnaval” filmində Şeytan obrazını canlandıracaq.
Publika.az xəbər verir ki,“Las-Veqasda “Qorxu və nifrət” və “Doktor Parnassın Xəyalı” filmlərinin rejissoru Gilliam özü bu xəbəri Fransada keçirilən Annesi Beynəlxalq Animasiya Filmləri Festivalında açıqlayıb.
“Biz hazırda ekran əsərinin nə vaxt və harada çəkiləcəyini müəyyənləşdiririk. Çəkilişlər gələn ilin yanvarına planlaşdırılır. Və mənim çox yaxşı aktyor heyətim var: Conni Depp, Ceff Bridges, Adam Driver və Jason Momoa”, - Gilliam deyib.
Rejissor filmi “Tanrının bəşəriyyəti məhv etmək qərarına gəldiyi bir komediya” kimi təsvir edib. Bizi xilas etməyə çalışan isə Şeytandır”.
“Çünki onun cəhənnəmdə insanlara ehtiyacı var, əks halda heç vaxt işi olmayacaq!”, - rejissor bildirib.
O əlavə edib ki, aktyor heyətinə "hər şeyi tamamlamaq üçün qadın lazımdır", baxmayaraq ki, o, qadın rolu üçün kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib. Qadın şeytanın Allaha təqdim etdiyi müasir Adəmlə birlikdə “müasir” Həvvanı canlandırıcaq.
Cəmilə