Noyabrın 25-nə keçən gecədən Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu nəticəsində azı 4 nəfər yaralanıb.
Qutb.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hava hücumu nəticəsində 9 nəfər xilas edilib. Yaşayış binaları və mülki infrastruktura ziyan dəyib.
“Peçerski rayonunda 22 mərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələri dağılıb. Xilasedicilər 5-ci mərtəbədəki yanğını söndürüblər. Bir nəfər xilas edilib. Dağıntılar təmizlənir”, - deyə məlumatda bildirilir.
Eyni zamanda Dneprovsk rayonunda doqquzmərtəbəli yaşayış binasında dağıntı qeydə alınıb. Binanın 6-cı və 7-ci mərtəbələrdə yanğınla nəticələnib. Ümumilikdə 8 nəfəri xilas etmək mümkün olub.