Belçika polisi bir kişinin evindən Şaqal və Pikassonun oğurlanmış rəsmlərini tapıb.
Publika.az xəbər verir ki, səlahiyyətlilər rəsmlərin yaxşı vəziyyətdə olduğunu deyirlər. Bu barədə “Reuters” məlumat yayıb.
Pikassonun “Tete” və Şaqalın “Səcdədə olan adam” əsərləri 2010-cu ildə israilli kolleksiyaçıdan oğurlanıb. Rəsmlərin təxmini dəyəri 900 min dollardır. Yerli polis sənət əsərlərinin satışa çıxarıldığını öyrəndikdən sonra iş üzrə araşdırma başlayıb.
Məmurlar əlavə edib ki, şübhəli şəxs rəsmləri zirzəmidə saxlayıb və əsərlər öz orijinal çərçivələrindədir.
Tural