Qazaxıstanın Aktau şəhərində AZAL-ın (Azərbaycan Hava Yolları) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı təxribatlara və saxta xəbərlərə yol verilməməlidir.
QÜTB.AZ xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib. Onun sözlərini prezidentin mətbuat xidməti “Telegram”da sitat gətirib.
“Prezident informasiya təxribatlarının və saxtakarlıqların qarşısının alınmasının vacibliyini qeyd edib. Bundan əlavə, o, bütün ölkə ərazisində aviasiya təhlükəsizliyinin vəziyyətinin diqqətlə öyrənilməsinin vacibliyini bildirib”, - deyə Astana aydınlaşdırıb.
Tokayev həmçinin Qazaxıstan Baş Prokurorluğuna digər səlahiyyətli orqanlarla birlikdə təyyarə qəzasını hərtərəfli və obyektiv şəkildə araşdırmağı tapşırıb.
Dekabrın 25-də AZAL-ın təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb.
Tural