Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərində supermarketi atəşə tutub.
QÜTB.AZ xəbər verir ki, hücum nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenko özünün sosial media hesabında hücum nəticəsində təxminən 1000 kvadratmetr sahədə başlayan yanğının söndürüldüyünü açıqlayıb. O, şəhərdə daha bir neçə binanın zərər gördüyünü qeyd edib.
“Rusiya bu terrora görə məsuliyyət daşıyacaq”, - deyə Ukrayna prezidenti Vlodimir Zelenski bildirib.
Ləman