12.03.25 | Bakı 5.03° C |
10:06:25
Lent :

Milli Məclisin nümayəndə heyəti Bişkeşə səfər edəcəklər

11 mar 2025 11:00
GÜNDƏM
ads

Martın 11-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri  Əhliman Əmiraslanov, millət vəkili, komissiyanın üzvü Heydər Əsədov, Milli Məclis Aparatının məsul əməkdaşları və TÜRKPA Katibliyinin əməkdaşları TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının onuncu iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər.

Qutb.az xəbər verir ki, komissiyanın iclasında “Dayanıqlı İnkişaf Məqsədləri kontekstində TÜRKPA üzv dövlətlərinin ekoloji davamlılıq və yaşıl dünya sahəsində əməkdaşlığı” mövzusunda hesabat məruzəsi dinləniləcək, mövzuya dair tövsiyə qərarı qəbul olunacaq, “Ekoloji təhsil və maarifləndirmə haqqında” Model Qanun layihəsinə, “Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında” Model Qanun layihəsinin işlənib hazırlanmasına, həmçinin gündəliyin digər məsələlərinə baxılacaq. Komissiyanın sədri Əhliman Əmiraslanov  və üzvü Heydər Əsədov tədbir çərçivəsində “Ətraf mühitin mühafizəsi: yeni çağırışlar ” mövzusunda seminarda iştirak edəcəklər.  Daha sonra  komissiyanın növbəti iclasının tarixi, yeri və mövzusu müəyyən ediləcək. Daha sonra  komissiyanın növbəti iclasının tarixi, yeri və mövzusu müəyyən ediləcək. Nümayəndə heyəti səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur