02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Türk düşmənindən şok etiraf: ABŞ bu qalmaqaldan danışır

20 avq 2024 17:00
DÜNYA
ads

Türkiyəyə qarşı düşmənçiliyi ilə tanınan ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, resQutb.azçı Corc Santos fırıldaqçılıq və şəxsiyyət oğurluğu ittihamları ilə mühakimə olunub.

QÜTB.AZ xəbər verir ki, Nyu Yorkdakı məhkəmə prosesinin ardından jurnalistlərə açıqlama verən Santos işdə təqsirli olduğunu etiraf edib.

O, etdiyi hərəkətə görə peşmanlığını və tərəfdarlarının etibarına xəyanət etdiyinin fərqində olduğunu bildirib: "Bu, təkcə başqalarına verdiyim yalan ifadələri etiraf etmək deyil, daha da əhəmiyyətlisi, son illərdə özümə söylədiyim yalanların etirafıdır”.

Santosla bağlı hökm 2025-ci ilin fevralında veriləcək. Qeyd edək ki, 8 noyabr 2022-ci il seçkilərində Nyu Yorkdan Konqresə üzv seçilən Santos daha sonra yalan ifadələr vermək, saxtakarlıq və çirkli pulların yuyulması kimi bir çox ittihamlarla üzləşib. O, 2023-cü il dekabrın 1-də etik qaydaları pozduğu üçün vəzifəsindən uzaqlaşdırılıb.

Santos bundan əvvəl əsassız erməni iddialarını gündəmə gətirməyə cəhd və Türkiyənin NATO-dakı rolunu şübhə altına alan qalmaqallı qiymətləndirmələr də edib.

Roza Şəfiyeva

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur