Buraxılış imtahanının nəticələri açıqlandı
Hərbçilər praktiki atışlar icra etdi
Bizə zərər verənlər həmişə bizlərdən olur
"Ağacı qurd içindən yeyər" kimi bir deyim var. Həyatımıza böyük təsiri olan pislikləri edən birini axtarırıqsa, öncə bu prosesə ətrafımız və içimizdən başlamalıyıq..Bizə zərər verə biləcək insanlar bizlərdən olur həmişə..Çünki yadlar bizim zəif nöqtələrimizi, bizi haradan vuracaqlarını müəyyən edə bilməzlər..Yadların vurduğu ox belə dərin yaralamaz..Ona görə ki, həmin oxda nə parça-parça olan güvən, nə dost xəyanəti, nə də doğmalıq olur..
Həmişə belə olmurmu?! Güvəninin nə dərəcədə qırılmağından çox kim tərəfindən qırılmağı incidir insanı..
Eynilə romanın baş qəhrəmanı Muradın keçirdiyi hisslər kimi..Əsərin sonunda Murad ona xəyanət edərək, arxadan bıçaqlayanın "qardaş" dediyi insanın olduğunu biləndə onun ürəyini közə döndərən də "dost" zərbəsi oldu.."Qardaş" dediyi, həyatının bir parçasına çevirdiyi, bağrına basdığı insan-Ravin Muradın gözünün içinə baxa-baxa ona yalanlar demiş, arxasından iş çevirərək sevdiyi qızı qaçırmışdı..Bundan əlavə neçə günahsız insanların həyatını cəhənnəmə çevirən, şeytanın belə ağlına gəlməyəcək oyunları çevirən o insan Muradın "dost"u idi..Bəli, "dost"u..Real həyatda belə bu cür hadisələrlə qarşılaşmaq bir növ romanın reallıq ilə vəhdətini təşkil edir.."Dost" xəyanəti olan hissəni oxuduqca içimdən qəribə hisslər keçdi. Özümə "bir insan bu qədər alçalarmı?" deyə suallar yağdırdım. Sonra yadıma çox canlıdakı insanlığın öldüyünü sübut edən informasiyalar düşdü. "Bəli, bu zəmanədə elə insanların da səviyyəsi bu qədər aşağı düşər" dedim.
Oxuduqca məni dəhşətlər "dünya"sına qərq edən hadisələr haqqında qısa məlumat vermək istəyirəm.
Murad həyatı tam şəkildə dərk etməyən, ürəyinin dərinliyində sinif yoldaşı Hümra üçün yer edən, amma digər məktəbli qızlarla da əyləncəsindən qalmayan on birinci sinif şagirdidir. Muradın eyni sinifdə oxuduğu, "qardaş" dediyi üç ən yaxın dostu var; İsa, Seyfət, Ravin..Bu dördlü bir-birinə ruhən bağlı olmaqla yanaşı cismən də bir-birlərindən ayrılmırlar. Bir sözlə, dörd dost, dörd ürəkdilər..Kim deyər ki, əsərin sonunda elə düşmən öz içlərindən çıxacaq..
Əsərdə də deyildiyi kimi, məktəbin son sinfində xoşagəlməz hadisələr yaşanılır. Məktəbdən qızlar bir-bir yoxa çıxır. Nəticə etibarilə Murad başda olmaqla üç yaxın dostu da qızların başlarına gələn bu bəlanın səbəbkarını axtarırlar.
Əsər bu sujet xətti ilə davam edir.
Bütün şagird, müəllim və valideynləri narahat edən bu hadisə evlərdə danışılır. Bu naməlum cinayətkar hər kəsdə nifrət hissi oyadır. Eynilə Murad və Hümrada da..Ta ki həmin şəxsin Muradın ən yaxın dostu Ravinin olduğunu bilənə kimi..
Bəlkə də, Hümra ilə Muradı birləşdirən bağ bu idi. Aralarındakı sevgi münasibətindən başqa..
Qan bağı olmasa da, Murad can bağı olan birindən ən ağır zərbəni gördü. Hümra isə həm qan bağı, həm də can bağı olan atasından..
Hümra-zahirən sakit olsa da, bütün fırtınaları içində yaşayan qız..Həmin fırtınalar ki onun içini elə məhv etdi ki, bunu xaricə yansıtmağa halı qalmadı..Bəs nə idi bu fırtına? Hümranın daxilini məhv edən iki fırtına var idi: 1.Murada olan sevgisi..Lakin Muradın buna əhəmiyyət verməməsi 2.Atasının əsl üzünü görməsi..
Bəli, məktəbdəki qızları oğurlayan ilə iş birliyi edənlərdən biri də Hümranın atası idi. O pul üçün bütün mənliyini ayağı altına almışdı. Pul üçün qızını susmağa vadar etdi. Hümraya bu dünyada cəhənnəmin nə olduğunu onu susduraraq göstərdi. Hümra bütün bunları canından çox sevdiyi Murada danışmaq istədi, amma susdu..Ailəsi üçün susdu..Muradı üçün susdu..Bu susqunluq onun içini yedi, bitirdi. Onun ürəyinə xəncər kimi sancıldı..Sonunda danışmağa qərar verdi. Amma çox gec idi..İki doğmasını itirmişdi..Bütün bu hadisələrin başında atasının və Muradın dostu Ravinin olduğunu Muradına söylədi.. Muradı bunlara inanmaq istəmədi..Amma o məsum, mələk üzlü sevdiyi ona yalan danışa bilməzdi..Murad istəməsə belə gerçəklər bunlar idi..
Murad dostu Ravinin sevdiyi qızı qaçırtmasının şahidi olsa belə inanmaq istəmədi..Bütün bunların kabus olmasını arzuladı.. Amma nə fayda?! Həyatda başımıza elə hadisələr gəlir ki, yuxu olması üçün nələri etmərik ki?! Amma olmur. Elə bu cür romanlarda da yazılanlar reallıqda baş verənlərin səhifələrə köçürülmüş formasıdır. Əsəri "bəs ən yaxınına da deyil də, kimə güvənəciyik?" deyib sonlandırdım. Təsiri isə məndə hələ də qalıbdır..
Roman: "Qarmaqarışıq". Nəimi İsmayılzadə