ABŞ Prezidenti Co Bayden prezidentliyə namizəd Donald Trampın mitinqində baş verən güllələnmə ilə bağlı məlumatlandırılıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Amerika liderinə hadisə ilə bağlı məruzə edilib.
Lakin heç bir təfərrüat açıqlanmayıb.
Ağ Evin keçmiş rəhbəri Donald Tramp Pensilvaniyada seçicilər qarşısında mitinq keçirib. Prezidentliyə namizədin çıxışı silah səsləri ilə kəsilib.
Trampı səhnədən təhlükəsizlik əməkdaşları müşayiət edib və görüntülərdə onun qulağının qan içində olduğu görünür. Səhnəni tərk edən siyasətçi kamera qarşısında onunla hər şeyin qaydasında olduğunu nümayiş etdirib.
Hüseyn İbadlı