28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Tokayev hökumətin yeni üzvlərini təsdiqlədi

06 fev 2024 15:00
GÜNDƏM
ads

Qazaxıstanın Respublikasının yeni hökuməti formalaşıb.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Nurtleu Murat Abuqaliuli Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Xarici İşlər Naziri təyin edilib. Dövlət başçısının sərəncamı ilə Ruslan Fatixoviç Jaksılıkov Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilib”, - məlumatda deyilir.

Bundan başqa, Tokayev Yerjan Sadenovu yenidən daxili işlər naziri təyin edib. Belə ki, ölkənin yeni hökumətində Xarici İşlər, Müdafiə və Daxili İşlər nazirliklərinin rəhbərləri öz vəzifələrini qoruyublar.

Roman Sklyar da yeni hökumətdə yenidən baş nazirin birinci müavini təyin edilib.

Yeni hökumətin digər yeni üzvlərinin adlarını təqdim edirik:

Oljas Bektenov - Baş nazir

Qalımjan Koyşıbayev - Qazaxıstan Baş nazirinin müavini, Administrasiyasının rəhbəri

Aybek Dadebayev - Qazaxıstan Prezidenti Administrasiyasının başçısı

Azamat Eskarayev yenidən Qazaxıstan Ədliyyə Naziri

Madi Takiyev - Qazaxıstanın maliyyə naziri

Almasadam Satkaliyev - yenidən Qazaxıstanın energetika naziri

Akmaral Alnazarova - Qazaxıstanın səhiyyə naziri

Aydarbek Saparov - yenidən kənd təsərrüfatı naziri

Çingiz Arinov - Qazaxıstan Fövqəladə Hallar Naziri

Qani Beysembayev - yenidən Qazaxıstanın təhsil naziri

Yerlan Nısanbayev - yenidən Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri

Qeyd edək ki, dünən Kasım-Jomart Tokayev hökumətin istefası haqqında fərman imzalamışdı.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur