İtaliyanın Florensiya şəhərindəki tarixi “Ponte Vecchio” körpüsünə adlarını yazan iki alman turist barəsində qərar verilib.
QÜTB.AZ xəbər verir ki, ötən bazar ertəsi iki turist şəhərin simvollarından olan və İkinci Dünya Müharibəsi illərində belə zədələnməməsi ilə məşhur olan körpünün üzərinə qara flomasterlə adlarını yazarkən polisə yaxalanıb.
21 və 23 yaşlı Almaniya vətəndaşları polis bölməsinə aparılıb və barələrində qanuni tədbirlər görülüb. Florensiya Bələdiyyəsi turistləri mədəni irsə zərərin qarşısının alınması ilə bağlı qanuna uyğun olaraq 40 min avroya qədər cərimə edildiyini açıqlayıb.
Bələdiyyənin təhlükəsizlikdən məsul üzvü Andrea Giorgio “Florensiyaya gələn hər kəs şəhərin abidələrinə və florensiyalılara hörmət etməlidir” deyib.
Roza