Qazaxıstan prezidenti Tokayev Sovet İttifaqının ixtiralarının sirrinin qorunması haqqında sazişin ləğvini təsdiqləyib.
Publika.az xəbər verir ki, Qazaxıstan Rəyasət Heyətinin yaydığı bəyanatda bildirilir ki, prezident Tokayev 4 iyun 1999-cu il tarixli ixtiraların hüquqi mühafizəsi sahəsində dövlətlərarası sirlərin qarşılıqlı təminatı haqqında müqavilənin ləğvini nəzərdə tutan qanunu imzalayıb.
Qeyd edək ki, həmin saziş Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçıları tərəfindən Belarusun paytaxtı Minskdə imzalanıb.
Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev, parlamentdə məsələ ilə bağlı verdiyi açıqlamada 20 ildir qüvvədə olan müqavilənin artıq aktual olmadığına diqqət çəkib:
“Müqavilənin bütün qüvvədə olduğu müddət ərzində, SSRİ-də yaradılmış məxfi ixtiraların sənədlərinin verilməsi və məxfilikdən çıxarılması ilə bağlı MDB-yə üzvü olan ölkələrdə bir dənə də olsun hal qeydə alınmamışdır”.
Roza Şəfiyeva