10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Ballıqayada kütləvi məzarlıq - 10-dan artıq şəxsin qalıqları aşkarlandı

10 okt 2025 14:00
GÜNDƏM
ads

Ağdərənin Ballıqaya kəndi ərazisində axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib.

Qutb.az xəbər verir ki, bunu Ağdərədə jurnalistlərə müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Z.İsmayılov bildirib ki, insan qalıqlarının aşkar edildiyi yerlər əlverişli döyüş mövqeyi olub: “Buradan Ballıqaya, Sırxavənd, Bəşirlər və Narışlar kəndlərini nəzarətdə saxlamaq olur. Birinci Qarabağ müharibəsi dövründə bu ərazilərdə qızğın döyüşlər gedib. Şahidlərin ifadələrinə görə, 1993-cü ilin yanvar ayında Azərbaycan Ordusunun bir bölməsinin hərbçiləri mühasirəyə düşərək həlak olublar. Axtarışlar zamanı burada 10 və daha artıq insana məxsus qalıqlar aşkarlanıb. Bu, ilkin vəziyyətdir. Burada işlər davam etdiriləcək, ərazi daha geniş axtarılacaq. Qalıqlar götürüləndən sonra alt hissə bir də yoxlanılacaq. İstisna olunmur ki, bu say artsın”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur