10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Göyçayda soyğunçuluq edən şəxslər saxlanıldı

10 okt 2025 14:00
GÜNDƏM
ads

Göyçay rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər vətəndaşın mobil telefonunu açıq talama yolu ilə ələ keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Qutb.az-a bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən əvvəllər də məhkum olunmuş 23 yaşlı Nicat Miriyev və 20 yaşlı Rahim Eminli saxlanılıblar. Polis əməkdaşları tərəfindən mobil telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N. Miriyev və R. Eminli barəsində həbs qətimkan tədbiri seçilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur