“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Primerasının 11-ci turunun “Barselona” ilə oyununda (0:4) səkkiz dəfə ofsayd vəziyyətinə düşüb və antirekord vurub.
QÜTB.AZ xəbər verir ki, Mbappe 2017/2018 mövsümünün başlanğıcından bəri Avropanın ən yaxşı 5 liqasında bir matçda yeddi dəfədən çox ofsaydda qalan ilk oyunçu olub.
Həmçinin matç zamanı Mbappenin vurduğu iki qolu ləğv edilib.
Ümumilikdə Mbappe bu mövsüm “Los Blancos”un heyətində 15 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə edib.
İspaniya Primerasında keçirilən 11 oyundan sonra Madrid klubu 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Barselona” 30 xal toplayıb və birinci yerdədir.