Birləşmiş Ərəb Əmirlikləri Dubayın dünyada uçan taksi xidmətləri təklif edən ilk şəhər olduğunu bildirib.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı BƏƏ-nin WAM xəbər agentliyinin "X" sosial media hesabında açıqlama verilib. Yayımlanan açıqlamada pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik uçan taksinin emissiyasız olduğu bildirilib.
Taksinin maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometrdir. Uçan taksi Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində Downtown, Dubay Marina və Palm Jumeirah yaxınlığında cəmi 4 stansiyaya sahib olacaq.
Açıqlamada, Dubay Beynəlxalq Hava Limanı ilə "Palm Jumeirah" arasında 45 dəqiqə olan səyahət vaxtının uçan taksi ilə 10 dəqiqəyə endiriləcəyi qeyd edilib.
Roza Şəfiyeva