28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Nəhayət bacardı: Adını tarixə yazdı

11 yan 2024 10:00
İDMAN
ads

"Atletiko"nun hücumçusu Antuan Qrizmann İspaniya Superkubokunun "Real" yarımfinal matçında (3:5) fərqlənməklə tarixə düşüb.

Publika.az xəbər verir ki, bu, fransalı futbolçunun “hindular” formasında 174-cü qolu olub. Hücumçu bu göstəricidə Madrid klubunun əfsanəvi sabiq futbolçusu Luis Araqonesi qabaqlayıb. O, bununla "Atletiko" tarixinin əsas bombardirinə çevrilib.

Xatırladaq ki, Qrizmann 2014-cü ildə “Real Sosyedad”dan “Atletiko”ya keçib. 5 il Madrid klubun çıxış etdikdən sonra 2 mövsüm "Barselona"da top qovub. 2021-ci ildə yenidən paytaxt komandasına qayıdıb.

Bu mövsüm Qrizmann "Atletiko"nun heyətində bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur