Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey növbəti parlament seçkilərində iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Uzun müddət və diqqətlə düşünüb anladım ki, seçicilərimin layiq olduğu şəkildə millət vəkili kimi öz işimi görə bilməyəcəm. Buna görə də növbəti ümumi seçkilərdə iştirak etməmək barədə çətin qərar verdim” - deyə, o bildirib.
Tereza Mey qeyd edib ki, o, Müasir Köləlik və İnsan Alveri üzrə Qlobal Komissiya ilə işinə diqqət yetirmək istəyir.
Qeyd edək ki, bununla da Tereza Meyin İcmalar Palatasındakı 27 illik səlahiyyət müddəti başa çatacaq.
O, 2016-2019-cu illərdə Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri vəzifəsini tutub və onun yerinə Boris Conson keçib.