Fevralın 18-i günorta saatlarından sonra “Telegram” istifadəçiləri messencerlə bağlı problemləri kütləvi şəkildə bildirməyə başlayıblar.
Publika.az xəbər verir ki, insanlar mesencerin masaüstü kompüter versiyasında mesaj göndərməyə cəhd etdikdə, kanalların yenilənməsində çətinliklərin olduğunu, söhbətlərdə yeni yazıların yüklənməsinin ümumiyyətlə dayandırıldığından şikayətləniblər.
Son bir saat ərzində “Telegram”la bağlı problemlərdən azı 10 min nəfər şikayətlənib və onların sayı getdikcə artır.
Qarışıqlığın nə qədər davam edəcəyi məlum deyil. “Telegram” nümayəndələri hələlik bu vəziyyətə münasibət bildirməyiblər.(Oxu.az)