Moldova Xarici İşlər Nazirliyi resQutb.az ərazisində Ukrayna Silahlı Qüvvələri üçün F-16 qırıcılarının yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
QÜTB.AZ xəbər verir ki, Departamentin Telegram kanalında yayımlanan rəsmi açıqlamada bu məlumatın həqiqətə uyğun olmadığı bildirilir. Ukrayna üçün F-16 qırıcılarının Moldova ərazisində yerləşdirilməsi ehtimalı ilə bağlı KİV-də yayılan məlumatlara cavab olaraq Moldovanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
“Moldova silah və hərbi texnika, o cümlədən Ukrayna üçün nəzərdə tutulan təyyarələri qəbul etmir və qəbul etməyəcək”, - Moldova Xarici İşlər Nazirliyi bildirib.
Sonda Moldova Xarici İşlər Nazirliyi resQutb.aznın neytral dövlət olduğunu və bundan sonra da neytrallıq prinsipinə riayət etmək niyyətində olduğunu vurğulayıb.
Tural