Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Publika.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
00:58
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Bu barədə Publika.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
00:46
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Publika.az xəbər verir ki, zərərçəkənlərə tibbi yardım göstərilib.
Qeyd edək ki, yanğınla mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Eyni zamanda yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
00:19
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-in Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.
FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Əlavə məlumat veriləcək.
23:52
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
Bu barədə Publika.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
23:47
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.
Qeyd edək ki, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri və təcili yardım cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
23:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
23:34
Sumqayıt Tibb Kollecinin həyətində yerləşən yataqxana yanğın başlayıb.
Publika.az xəbər verir ki, əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.