Ukrayna Prezidenti Volodimir Zelenski və Polşa Baş naziri Donald Tusk Varşavada ikitərəfli təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.
Publika.az xəbər verir ki, imzalanan saziş Ukrayna və onun tərəfdaşları arasında təhlükəsizlik sahəsində imzalanan 21-ci sənəd olub. Daha əvvəl Ukrayna ABŞ, Fransa, Almaniya, Kanada, Yaponiya, Avropa İttifaqı və digər dövlətlərlə oxşar müqavilələr imzalayıb.
Qeyd edək ki, Ukraynanın Prezident Ofisi bundan əvvəl İrlandiya, Sloveniya, Lüksemburq, Çex Respublikası ilə imzalanmağa hazırlanan sazişlər barədə məlumat verib. Bildirilib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair "Böyük Yeddiliy"in Vilnüs Bəyannaməsinə Qlobal Cənub ölkələrinin də qoşulacağı istisna deyil.