Rusiya ABŞ-a orta mənzilli “Oreşnik” raketini buraxacağı ilə bağlı xəbərdarlıq edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bildirib.
"Birləşmiş Ştatlara Nüvə Təhlükəsinin Azaldılması Kanalı vasitəsilə buraxılışdan qısa müddət əvvəl məlumat verildi", - o, Dmitri Meskovun açıqlamasını təsdiq edib.
Amerika müdafiə departamentinin nümayəndəsi həmçinin qeyd edib ki, Vaşinqton Rusiya Federasiyasının nüvə siyasətində heç bir dəyişiklik görmür.
“Biz bu buraxılışa cavab olaraq nüvə yerləşdirməmizi dəyişməmişik”, - o əlavə edib.
Hüseyn İbadlı