09.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Ağalarovların aktivləri müsadirə olunmayacaq - QƏRAR

08 okt 2025 11:00
DÜNYA
ads
Advertisement

Rusiyada “Krokus City Hall”da törədilən terror aktı ilə bağlı iş üzrə zərərçəkən şəxslərin vəkillərinin tələbi rədd edilib.

Qutb.az xəbər verir ki. TASS agentliyinin məlumatına görə, istintaq “Krokus City Hall”ın sahibləri iş adamı Araz Ağalarov və oğlu, müğənni Emin Ağalarovun aktivlərinin dondurulması barədə müraciəti qəbul etməyib.

Zərərçəkmişlərin hüquqlarını təmsil edən vəkil İqor Trunov bildirib ki, qərar məhkəmə-tibbi ekspertizaların nəticələri əldə olunmadan verilib. Sənəddə vurğulanır ki, istintaq orqanları hazırda məsul şəxslərin dairəsini və onların hadisədə iştirak dərəcəsini müəyyənləşdirmək üçün bir neçə kompleks ekspertiza aparır.

Rəsmi açıqlamaya görə, bu ekspertizalar “xüsusi mürəkkəblik və tədqiqat obyektlərinin çoxluğu” səbəbindən uzun çəkəcək.

İstintaq qərarında qeyd olunur ki, ekspertizaların nəticələrindən sonra hadisəyə aid şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək və yalnız bundan sonra aktivlərin dondurulması məsələsinə baxıla bilər: "Hazırda belə təminat tədbirlərinin tətbiqi qanuna uyğun sayılmır".

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, aktivlərin və ya əmlakın müsadirəsi yalnız şübhəli və ya təqsirləndirilən şəxslərə aid olduqda mümkündür. Hazırda Ağalarovlar bu statusda deyil.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur