Alimlər son araşdırmalar çərçivəsində müəyyən ediblər ki, keçmişdə planetimizin təbii peyki Ayın indiki Saturnda olduğu kimi halqaları ola bilərdi.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Astronomy and Astrophysics" (A&A) jurnalı məlumat yayıb.
Araşdırmalar göstərib ki, belə halqaların olması ehtimalı 95 faiz olmaqla Ay yaxınlığında daha yüksəkdir. Hər halda, keçmişin hər hansı bir dövründə Ayın halqaları olubsa, deməli, alimlərin fikrincə, onlar qeyri-qravitasiya amillərinin təsiri altında zamanla yox olublar. Bundan əlavə, günəş radiasiyası bu halqaların məhv edilməsinə güclü təsir göstərə bilər.
Adəm Abbaslı