03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Şəhid anası: "Oğlum güllə yarası ilə 4 saat döyüş yerində qalıb"

21 avq 2024 08:00
GÜNDƏM
ads

"Baku" TV Vətən müharibəsi şəhidi Zaur Mədətov haqqında reportaj hazırlayıb.

QÜTB.AZ xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 8-də şəhid olub. O, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.

Zaur Mədətovun anası Raziyyə Mədətova oğlunun necə şəhid olmasından danışıb:

"Oktyabrın 8-i gündüz vaxtı üzbəüz döyüşlərdə mühasirəyə düşüblər, səngərdə gizləniblər. Zaur görüb ki, atışmadır, səngərdə qalmayıb. Oradan çıxıb digər səngərə keçmək istəyəndə alnından güllə yarası alıb, 4 saat orada qalıb. Çünki həmin vəziyyətdə heç kim yaxına gedə bilmirdi, hamı öz səngərində qalmışdı. 4 saatdan sonra onu Füzuli hospitalına yola salıblar".

Raziyyə Mədətova şəhid anası olduğuna görə qürur duyduğunu deyib:

"Şəhid anası olmaq bir yandan qürurvericidir, digər yandan isə mən bunu dilimə gətirə bilmirəm. Nə vaxt bir yerə getsəm, şəhid anası olduğumu deməyə çəkinirəm. Bunu deyəndə ürəyim parçalanır".

Ətraflı süjetdə:

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur