04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

ABŞ-a düşmən, bizə dost: Medvedev silah göndərdikləri yerləri yenə gizli saxladı

06 iyn 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Rusiyanın silah göndərə biləcəyi regionları ABŞ özünə düşmən hesab edə bilər, lakin onların adları bilərəkdən çəkilmir.

Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Qoy ABŞ və onun müttəfiqləri üçüncü tərəflərin Rusiya silahlarından birbaşa istifadə olunduğunu hiss etsinlər. Bu şəxslərin və ya bölgələrin adları bilərəkdən çəkilmir, lakin siyasi əqidəsindən və beynəlmiləlçiliyindən asılı olmayaraq, onlar Pindostanı və onların yoldaşlarını düşmən hesab edən hər kəs ola bilər. Onların düşməni ABŞ-dır, bu isə o deməkdir ki, onlar bizim dostlarımızdır”, - deyə siyasətçi Telegram kanalında yazıb.

O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin Qərblə münaqişədə olan digər ölkələrə silah tədarükünün mümkünlüyü ilə bağlı sözləri Rusiyanın xarici siyasətində mühüm dəyişiklikdir.

Medvedev qeyd edib ki, bu mühüm dəyişiklik Rusiyaya, həmçinin müttəfiqlərinə Amerika və NATO ölkələrinə qarşı mübarizədə kömək etməyə imkan verəcək.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur