Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə jurnalistin həmkarları "Facebook" osial şəbəkəsində paylaşım ediblər.
Bildirilib ki, o, ötən gün insult keçirib və Xətai Tibb Mərkəzinə yerləşdirilib. Komatoz vəziyyətdə olub.
Qeyd edək ki, Sərxan Kamallı "Baku" TV-nin redaktoru vəzifəsində işləyirdi. Daha əvvəl isə bir çox media qurumlarında çalışıb.
Allah rəhmət eləsin!