Dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkəti olan ABŞ-da yerləşən "BlackRock" infrastruktur şirkəti Global Infrastructure Partnersİ (GIP) təxminən 12,5 milyard dollara almaq üçün razılaşma əldə edildiyini açıqladı.
Publika.az xəbər verir ki, "BlackRock"dan verilən yazılı açıqlamada, müxtəlif ölkələrdə infrastruktur üçün 100 milyard dollardan çox olan aktivləri idarə edən GIP-in alınması üçün razılığın əldə edildiyi açıqlanıb.
Açıqlamada müqavilənin 3 milyard dollar nağd pul və "BlackRock"un 12 milyon adi səhmi müqabilində reallaşacağı, GIP və "BlackRock"un birləşməsi ilə əhatəli qlobal infrastruktur şirkətinin yaradıldığı bildirilib.
Sövdələşmənin dəyəri təxminən 12,5 milyard dollara çatır, "BlackRock" 12 milyon səhm və 3 milyard dollar pul ödəyir.
Aysel Şahmar