Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq və Ukraynadakı vəziyyətlə bağlı iclaslarında iştirak etmək üçün Nyu-Yorka gəlib.
Publika.az xəbər verir ki, TASS müxbirinin verdiyi məlumata görə, Lavrov Moskvadan ABŞ-a qədər olan məsafəni şimal marşrutu ilə qeyri-dost ölkələrdən yan keçərək 12 saat 45 dəqiqə ərzində insidentsiz keçib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl TASS-a bildirib ki, Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə müzakirələrində və Ukrayna ilə bağlı iclasda iştirak etmək üçün yanvarın 22-dən 24-dək Nyu-Yorkda olacaq. Bundan əlavə, bir sıra ikitərəfli görüşlərin keçirilməsi gözlənilir.
Tural