İsrailin Nazirlər Kabineti ölkənin xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib.
Publika.az xəbər verir ki, əvvəllər Eli Koenin tutduğu bu vəzifəyə hazırda Energetika Nazirliyinin rəhbəri olan İsrael Kats təyin ediləcək.
Bu barədə dekabrın 31-də hökumətin mətbuat xidməti məlumat yayıb.
Öz növbəsində Koen Katsı enerji naziri vəzifəsində əvəz edəcək.
Bildirilir ki, bu təyinatlar ölkə parlamenti Knesset tərəfindən təsdiqlənməlidir.