“Sevilya” Leverkuzen “Bayer”i və İran millisinin hücumçusu Serdar Azmunla maraqlanır.
Publika.az xəbər verir ki, Azmun yay transfer pəncərəsində Leverkuzen klubundan ayrılacaq. Bu yaxınlarda “Bayer”in baş məşqçisi Xabi Alonso xəbərdarlıq etmədən məşqi buraxdığı üçün Sərdarı əsas komanda ilə məşqdən uzaqlaşdırıb.
2023/24 mövsümündə Azmun “Roma”da icarə əsasında çıxış edib. “Qurdlar” forvardın müqaviləsini 12,5 milyon avroya almayıb.