ABŞ-ın keçmiş prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Siyasətçinin namizədliyi Respublikaçıların nümayəndəsi Klaudiya Tenni tərəfindən irəli sürülüb. Onun fikrincə, belə bir mükafata namizədliyin əsası 2020-ci ildə bağlanmış İbrahim Sazişlərinin imzalanmasının təşviqidir. Söhbət İsrail, BƏƏ və Bəhreynin əldə etdiyi razılaşmalardan gedir .
Tenni deyib ki, keçmiş Amerika liderinin bu sahədəki səyləri diqqətə alınmayıb və hələ də Nobel Komitəsi tərəfindən layiqincə qiymətləndirilməyib .
Xatırladaq ki, 2021-ci ilin fevralında Avropa Parlamentinin estoniyalı üzvü Yaak Madison Trampı Nobel Sülh Mükafatına namizəd göstərib. Madison izah edib ki, siyasətçi ABŞ-ın son 30 ildə yeni müharibələrə başlamayan ilk prezidenti olub.
Hüseyn İbadlı