29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda enerji anbarının yaradılması prosesi bu tarixdə başlaya bilər

23 iyl 2024 01:00
GÜNDƏM
ads

Azərbaycan 2027-ci ilədək mərhələli şəkildə "yaşıl" enerji üçün 250 meqavatt gücündə anbar hazırlamağı planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat zamanı deyib.

"2027-ci ilə qədər bərpa olunan enerji mənbələrindən (BEM) 2 qiqavatt "yaşıl" enerji istehsal etməyi planlaşdırırıq. Bu həcm üçün Azərbaycana 250 meqavatlıq enerji anbarı lazımdır. Bu anbarı 2024-cü ildən başlayaraq mərhələli şəkildə yaradacağıq", - o deyib.

Nazir müavini qeyd edib ki, 2024-cü ildə Azərbaycan xarici tərəfdaşların dəstəyi ilə ilk 50 meqavatt "yaşıl" enerjini saxlamaq üçün şərait yaratmağı planlaşdırır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur